Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
QARABAĞIN DAYAĞI AĞDAMA AİD BİR NEÇƏ MARAQLI FAKT

0




  •        




           Qaraqoyunlu Azərbaycan
    tarixində mühüm rol oynayan Qaraqoyunlu sülaləsinin banisi Baharlı tayfasından
    olan Bayram Xoca olub. Orta çağda oğuzların tərkibində Orta Asiyadan Yaxın
    Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. “Baharlı” еtnik tеrmininə ilk dəfə
    XV yüzilə aid qaynaqlara təsadüf еdilir. Vladimir Minorski qeyd edir ki, Barani
    (və ya Baranlı) digər bir adının Baharlı olduğu və İva boyundan ayrılmış,
    Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır. C. Malkolma görə, “Əmir
    Teymur tərəfindən Suriyadan Fars əyalətinə gətirilmiş” əslən Şamlıların bir
    qoludur. 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq
    təşəbbüsündə ilk olan şəxslərdən biri də ağdamlı Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev
    (1864-1919)-general-mayor omub.Süleyman bəy Əlisüleyman oğlu 1864-cü il
    oktyabrın 5-də Ağdamda dünyaya gəlib. İlk təhsilini Gəncədəki progimnaziyada
    alıb. On altı yaşında həmin məktəbi bitirən Süleyman bəy 1880-ci ildə
    Yelizavetqrad süvari məktəbinə daхil olub və oranı 1885- ci ildə
    müvəffəqiyyətlə bitiribdir. Hərbi хidmətə Qafqaz süvari ordusunun polis
    nəzarəti idarəsində başlayan gənc zabit Süleyman bəy iki il sonra, mayın 18-də
    kornet-zabit rütbəsi ilə təltif olunur. Eskadron komandiri Süleyman bəy
    Əfəndiyev nümunəvi хidmətinə görə 1899-cu il martın 15-də rotmistr rütbəsinə
    layiq görülür və ona kavaler kimi fəхri ad verilir. 1900-cü ildə isə üçüncü
    dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunur. Əsrimizin əvvəllərində
    хidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən
    Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisi
    təyin olunmuşdur.

    Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də
    хalqımızın maariflənməsində görkəmli ictimai хadim kimi fəal iştirak etmişdir.
    Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarının köməyini əsirgəməmişdir.
    Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy
    Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlı- ların təşkil etdiyi mədəni-maarif
    cəmiyyətinin işində yaхından iştirak edir. 1912-ci il dekabrın 6-da polkovnik
    rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı хidmətləri sonralar
    üçüncü dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav”,
    “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordenlərinə layiq
    görülmüşdür. Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu
    vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya poliskeşikçi dəstəsinin
    təftiş-yoхlama üzrə baş nəzarətçisi idi (1912-ci ildən). Öncə dediyimiz kimi,
    Süleyman bəy Əfəndiyevin çoх böyük və danılmaz хidməti 1917-ci il iyul ayından
    başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür. O, 1919-cu ildə
    vəfat edib. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. İsveçrəli at
    saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur
    Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada
    knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya
    sərgisində mükafat alıb. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt.
    Yusif ibn Əbu Sac Divdad —Sacilər dövlətinin hökmdarı (912-927) və
    sərkərdəsi-Ağdamın Maniklu kəndində anadan olub. Sığnaq zirvəsində böyüyən Əbu
    Sacın banisi olan Sacilər dövləti Ərəb işğalına qarşı aparılan mübarizə illərində
    yaranmışdır. Bu sülalənin başçıları bir qayda olaraq Afşin ləqəbi götürürdülər.
    Orta Asiyanın Əşrusan vilayətinin qədim nəslindəndirlər. Ərəb ordusunun bir çox
    məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən
    çıxmışdır.Azərbaycan Sacilər dövlətinin meydana gəlməsi real etnik-siyasi
    zəminə əsaslanırdı. Kiçik Asiyanın gündoğar bölgələri, İran və Güney Qafqaz
    Xilafətin əlinə keçdikdən sonra bu yerlərdə islam dinini qəbul etmiş türk
    tayfalarının mövqeyi daha da möhkəmləndi.Azərbaycan Sacilər dövləti X əsrin
    əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə
    edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır,
    qərb sərhədləri Ani və Dəbil (Dvin) şəhərlərinə qədər uzanıb gedirdi.1229-cu
    ilde Siğnaq qalası Manqollar tərəfindən dağılıb.  Ağdamın 7361 oğlu vaxtilə
    Böyük Vətən müharibəsinə yollanmış, onlardan 3686 nəfəri geri qayıtmamışdır.
    Əgər biz bu rəqəmləri XX əsrin 1941-45-ci illərində baş vermiş Böyük Vətən
    müharibəsi iştirakçıları və şəhidləri ilə müqayisə etsək, görərik ki, ağdamlı
    şəhidlərin sayı o zaman SSRİ xalqlarının əhalisinə görə verdiyi şəhidlərdən
    faiz etibarı ilə çoxdur. Bu qəhrəmanlıq ənənəsini, atalarının keçdikləri
    şərəfli yolu bugünki gənc nəsil də hünərlə davam etdirir. Torpaqlarımızın
    bütövlüyü uğrundakı Qarabağ müharibəsində silaha sarılaraq döyüşlərdə iştirak
    etmiş 11000 nəfərdən çox ağdamlıdan 5000 nəfəri şəhid olmuşdur. . 1918-ci ilin
    oktyabrın 1-də Türk Generalı Nuru paşanın Ağdama gəlməsi ilə bağlı o zaman dərc
    olunan “Azərbaycan” qəzetinin noyabr sayında yazılır (əski əlifba ilə
    tərcüməsi): “Məhərrəm ayının 1-də qoşunlar şəhərə yaxınlaşdılar. Onları
    qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik
    fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə
    bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə
    ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını
    tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular:
    qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca
    isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə
    hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı
    və Şuşaya doğru hərəkət elədi”. . Bu gün bir çox insanın xəbəri yoxdur ki,
    dünyada ilk tektonik silahın yaradıcısı sovet zamanı həmyerlimiz, zəlzələşünas
    alim İkram Kərimov olub. Ağdam rayonunda anadan olan İkram Kərimovun adı bu
    günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanlır və onun barəsində
    məlumatları əldə etmək olduqca çətindir. Əldə etdiyim məlumata görə İkram
    Kərimov 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovunun tövsiyyəsi ilə bu
    elmə gəlmişdir. Professor dərəcəsi olan İkram müəllim 1968-ci ildə “Merkuri-18”
    məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50
    kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik
    silahın ixtira edibdir.№ 1384-345 qərarla 30.11.87-ci ldə İkram Kərimova böyük
    səlahiyyət verilir. 1995-ci ilə qədər ölkədə qalan Kərimovun qrupu dünyanın
    müxtəlif bölgələrinə sıpələyən rus kəşfiyytında sızmadan sonra

    Kərimovun evinə
    basqın edən Amerika kəşfiyyatı bütün tədqitalrın surətin oğurlamağa nail olur.
    Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika
    Respublikasında təhlükəsiz yaşayacağına dair təminat aldı. Hazırda alimin adı
    dünyanın 10 qızıl alimi adı arasınddır və onun kəşfləri bütün dünya alimlərini
    heyrətləndirməkdə davam edir. Heyf ki, bu alim barəsində qapalı informasiya
    mühiti var. . Ağdamda ilk məktəb 1883-cü ildə Qori Müəllimlər Seminariyasın
    bitirən Əsgər bəy Eyvazov tərəfindən Muradbəyli kəndində Əbdül Zamanov adlı
    şəxsin evində açılıb. İlk məktəbin cəmi beş şagirdi olub və orada dərslər rus
    dilində aparılıb. . Azərbaycanda ilk çaxır zavodlarından biri də Ağdamda
    1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilmişdir. İkinci belə zavod
    Boyəhməldi kəndində Aleksandır Zıdxiyevə məxsus idi. Azərbaycanda o zaman
    yeganə müsəssiələrdən idi ki, hər zavodda 50 işçi çalışırdı. . Tarixçi Rzaqulu
    xan Hidayətin “Rözvətüs-Səfa” əsərində qeyd edilir ki, Qarabağ xanlığında mühüm
    rol oynayan, Səfəvi, Qaraqoyunlu, Ağqoyunlu və digər tarixi dövlətlərin
    ordularının əsasın təşkil edən və müasir Ağdam ərazisində yaşamış Cavanşırlər
    tayfası Oğuz xanın kötücəsi Oşirxanın nəslidir. Qədim türk tayfası olan
    Cavanşırlər Qarabağda OTUZİKİ adı ilə məşhur olan tayfa birliklərinin irsi
    HAKİMləri olublar. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. Dünya
    şöhrətli Böyük alim, Ağdamın fəxri ,Xudu Məmmədov 28 yaşında keçmiş SSRİ
    məkanında ilk dəfə “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə uğurla
    namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri
    namizədi alimlik dərəcəsi almışdı. Ağdam inzibati ərazi bölgüsünə görə 1822-ci ildə
    (Qarabağ xanlığı ləğv olunandan soora) Şuşa mahalına daxil olur və məlumata
    görə Ağdamda 55 ağ damlı ev olubdur. . SSRİ İncəsənət Akademiyasının həqiqi
    üzvü Fuad Əbdülrəhmanovun xatirəsindən: 1930-cü ildə Azərbaycanda Nizami
    Gəncəvinin adının əbədilləşdirilməsi və yubliyenin qeyd edilməsi ilə bağlı
    Moskvadan tapşırıq gəlir. Nizami Gəncəvinin əsərləri və sairə üzrə onun üz
    cizgilərinin tərtib edilərək Moskvaya təcili onun rəsmini çatdırmağı tapşırıq
    verirlər. Bizim bir necə rəssam və heykəltaraşın işin yuxarıda bəyənmirlər.
    Nəhayət mən Üzeyr Hacıbəyovun yanına getdim. Ondan kömək istədim. Biz birgə
    rayonlara gedib Nizami Gəncəvinin prototipin axtarmalı olduq. Nəhayət Ağdam
    rayonuna çatanda biz Axund Mehdi Məşədi İsgəndər bəy oğlu Həsənzadəni gördük.
    Biz ikimiz də bu “O”dur deyib Axunda yaxınlaşdıq. Onun üz cüzgiləri və
    görünüşün köçürüb Moskvaya göndərdik. Moskva bizə razılıq verdi və biz dünyaya
    dahi Nizamini (Axund Mehdi Məşədi İsgəndər bəy oğlu Həsənzadəni) rəsmin təqdim
    edə bildik. Qarabağın dayağı Ağdama aid bir neçə maraqlı fakt. Ağdam rayonunun
    Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir
    abidəsi qalmışdır. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin
    interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu
    Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad
    Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə türbənin inşaatı 15 iyul 1314-cü
    ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o çağdakı Xaçın vilayətinin nüfuzlu
    şəxsi olmuş Qutlu Xacə Musa oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət
    kimi məşhurlaşaraq kəndin adını da “Xaçın + türbə(t) + li” müəyyənləşdirmişdir.
    Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu
    türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük, onikiüzlü prizmatik korpus və
    çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir. Korpus və kürsülük yaxşı
    yonulmuş sarımtıl əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü
    planı olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə gözləri
    qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə şimal gözü türbənin baş
    giriş qapısıdır. Türbənin korpusundakı bütün taxçaların, qapı və pəncərələrin
    üst sivri hissələri incə stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun
    tinlərində daş memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar
    verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və stalaktitlərdən
    başqa

    dekorativsimvolik mənaları olan müxtəlif heyvan (öküz, aslan, maral,
    dovşan və s.) təsvirləri ilə bəzədilmişdir. Təbii daş fonda daha canlı
    görünməsi üçün bu təsvirlər tünd qırmızı boya ilə örtülmüşdür. Qutlu Xacə Musa
    oğlu türbəsi Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik həcm
    kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat texnikasında, istərsə
    də detallarının bədii-plastik həllində Aran memarlığının, özəlliklə də Qarabağ
    memarlığının fərqli xüsusiyyətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu
    türbəsinin alt sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki
    yerləşmə planda xaçvari formadadır. Ciddi və sadə görünüşlü sərdabədən fərqli
    olaraq türbənin üst kamerasının interyeri son dərəcə təntənəli tərtib
    edilmişdir. İç örtüyün kvadrat formalı mərkəzi hissəsi və ona şimal və cənubdan
    birləşən tağbəndlər mürəkkəb quruluşlu incə stalaktitlərlə işlənmişdir. Giriş
    qapısı ilə üz-üzə olan cənub divar zəngin bəzədilmiş mehrab şəklində həll
    edilmişdir. Fasad elementlərində olduğu kimi mehrab kompozisiyasının da bir
    sıra bəzək elementləri tünd qırmızı rəngdə boyanmışdır. Türbə interyerinin
    bədii və konstruktiv həllinin yüksək olması sifarişçinin nüfuzu və imkanları
    ilə yanaşı memar ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin
    göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslüblu memarlıq əsəri olub dövrün
    ideya-bədii təmayüllərini layiqincə əks etdirir. Ağdamda qeyri-adi bir muzey
    var idi – Çörək muzeyi. Burada unikal eksponantlar – çörək və taxılçılıqla
    bağlı arxeoloji tapıntılar toplanmışdır. Eksponantlar arasında daşa dönmüş
    dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın,
    əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs
    edən müxtəlif materiallar vardır.

     Zaur Əliyev,

    Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent








    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi8 il öncə
    İzlənib63 dəfə
    QARABAĞIN DAYAĞI AĞDAMA AİD BİR NEÇƏ MARAQLI FAKT

    Maraqlı gələ bilər
    57
    51
    137
    58
    55